image

Yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadasının seçmə imtahanın nəticələri müəyyən olundu.

03.12.2017-12.12.2017 tarixləri arasında Hollandiyada Yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadası (İJSO) keçiriləcəkdir. Ölkəmizi bu elm yarışında təmsil edəcək şagirdləri müəyyən etmək üçün 2 mərhələdən ibarət seçmə imtahanları keçirilmişdir. İlk mərhələsi 28.09.2017-ci tarixində keçirilən imtahanda 99 məktəbli iştirak etmiş və onlar arasından ən yüksək nəticə göstərmiş 15 şagird ikinci mərhələdə iştirak etmə imkanını əldə etmişlər. 3 həftə ərzində bu şagirdlərlə xüsusi proqramlar əsasında hazırlıq dərsləri təşkil edilmiş və sonda seçmə imtahanlarının ikinci mərhələsi keçirilmişdir. Seçmə imtahanlarının nəticələrinə əsasən ölkəmizi bu mötəbər elm yarışında təmsil edəcək 6 şagird artıq müəyyən edilmişdir.

            Xatırladaq ki, Azərbaycan məktəbliləri hər il dekabr ayında fərqli ölkələrdə keçirilən Yeniyetmələrin Beynəlxalq Elm olimpiadasında (İJSO) 4 gümüş və 28 bürünc medal olmaqla cəmi 32 medal qazanmışlar.

14-cü Yeniyetmələrin Elm Olimpiadasına (IJSO 2017) yekun seçmə imtahanın nəticələri
  Adı Soyadı  Məktəb Fizika Biologiya Kimya Ümumi
1 Əli Əliyev Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi 11.5 20 13.85 45.35
2 Turan Məmmədli Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin şagirdi  16.8 5.75 15.175 37.725
3 Turan Bayramlı Bakı şəhəri 291 nömrəli ekologiya liseyinin şagirdi 18.4 12.5 6.15 37.05
4 Xaqan Məmmədli Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi 15.3 7.5 7.05 29.85
5 Fərid Əliyev Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin şagirdi 13.05 5.25 9.65 27.95
6 Kənan Ağayev Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi 0.5 12.25 13.875 26.625
7 Ağaəli Nuri Mingəçevir şəhəri texniki-humanitar təmayüllü liseyin eksperimental pilot siniflərin şagirdi  16.15 7.75 1.7 25.6
8 Aydan Xələfli Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi 5.75 9.5 6 21.25
9 Rövşən Vəliyev Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi 2.8 12.5 4.95 20.25
10 Nərgiz Məmmədli Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi 5.55 12.25 1.25 19.05
11 Fəxri Nəsirov Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin şagirdi  0 13.5 0.1 13.6
12 Əli Şalanzadə Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi 4.15 0.25 8.65 13.05
13 Atilla Rəhimli Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi 11 0.75 0.75 12.5
14 Samirə Sadıxova Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi 0.65 11.5 0 12.15
15 Mehriban Abbasova Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi 4.65 3.75 3.65 12.05