image

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi və Kimya-Biologiya Təmayüllü Respublika Liseyi tərəfindən Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib. 
Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 8623 şagird iştirak üçün qeydiyyatdan keçmişdir. Nəticələr siyahısında hər fənn üzrə xüsusi rənglə fərqləndirilmiş şagirdlər ikinci mərhələdə iştirak etmək hüququ qazanır. İkinci mərhələ 9 dekabr 2017-ci il tarixində keçiriləcəkdir.

Nəticələr ilə aşağıdakı linkdən tanış ola bilərsiz.

Bakı Şəhəri üzrə Fənn Müsabiqələrinin birinci mərhələsinin nəticələri