image

Azərbaycan komandaları “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi”ndə iştirak edib

25-28 may 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Suxumi Dövlət Universitetinin bazasında “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi” keçirilib. Müsabiqə eyni zamanda Rusiya Federasiyasının, Belorusiya və Ukraynanın bir-neçə şəhərində keçirilib.

Müsabiqədə Rusiya, Ukrayna, Belorusiya, Azərbaycan, Gürcüstan, Ermənistandan olan məktəblilər, tələbələr və veteranlar (ACM ICPC müsabiqələrinin əvvəlki illərin iştirakçiları) iştirak edib.

Müsabiqədə Azərbaycan 5 ali təhsil müəssisəsindən 7 universitet komanda və 2 məktəblilər komandası ilə təmsil olunub:

6 may tarixində fərdi müsabiqə keçirilib. Fərdi müsabiqədə 101 nəfər iştirak edib. İştirakçılara 4 saat ərzində 10 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.

27 may tarixində komanda müsabiqəsi keçirilib. Komanda müsabiqəsində 78 komanda iştirak edib. İştirakçılara 5 saat ərzində 12 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.

28 may tarixində müsabiqəninin nəticələr elan edilib və mükafatlandırma mərasimi keçirilib.

Fərdi müsabiqədə:

- Ziya Muxtarov (Bakı şəhər Akademik Zərifə Əliyeva adına lisey) - Yüksək nailiyyət sertifikatı
- Rafael Sadaddimov (Bakı şəhər 27 saylı tam orta məktəb) - Yüksək nailiyyət sertifikatı
- Abutalıb Namazov (Bakı şəhər Fizika-riyaziyyat və informatika təmayüllü lisey) - Yüksək nailiyyət sertifikatı
- Murad Eynizadə (Lənkəran 4 saylı tam orta məktəbin eksperimental pilot sinifləri) - Yüksək nailiyyət sertifikatı

Komanda müsabiqəsində isə şagirdlərimiz ikinci dərəcələri diplomla təltif olunublar.