image

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avropa Fizika Olimpiadası ( EuPHO) keçirilib. 23 ölkənin iştirak etdiyi bu olimpiadaya Azərbaycan 4 şagird və 2 komanda rəhbəri olmaqla 6 nəfərlik heyət ilə qatılıb.

Avropa Fizika Olimpiadasında şagirdlərimiz növbəti uğura imza atıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Mehdi Ağacanov olimpiadanın gümüş, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmmədcan Məhəmmədcanov isə bürünc medalına layiq görülüb.

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlər olimpiadalara hazırlıq prosesinə cəlb edilirlər.