image

21-29.07.2018-ci tarixində Portuqaliyanın Lissabon şəhərində 49-cu Beynəlxalq Fizika Olimpiadası təşkil olunacaqdır. 06-07.06.2018-ci il tarixlərdə ölkəmizi bu mötəbər yarışda təmsil edəcək şagirdləri müəyyənləşdirmək üçün Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseydə 2 seçmə imtahanı keçirilmişdir. Avropa fizika olimpiadasının nəticələri əsasında Beynəlxalq Fizika Olimpiadasında iştirak edəcək 2 şagird məlum olduğu üçün, digər 3 şagird bu seçmə imtahanlarının nəticələrə əsasən müəyyənləşmişdir. Aşağıda adları qeyd olunan şagirdlər Beynəlxalq Fizika Olimpiadasında ölkəmizi təmsil edəcəkdir. Olimpiada haqqında daha ərtaflı http://ipho2018.pt/

s/s Ad Soyad Məktəb
1 Mehdi Ağacanov Fizika, riyaziyyat və informatika təmayüllü lisey
2 Məhəmmədcan Məhəmmədcanov İstək liseyi
3 Toğrul Əzizli Akademik Zərifə Əliyeva adına lisey
4 Abbas Abbaslı Akademik Zərifə Əliyeva adına lisey
5 Merac Məmmədov Cəlilabad şəhər 1 nömrəli məktəb-lisey