image

Müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) xəbər verildiyi kimi IV məktəblilərarası fənn müsabiqəsinin final mərhələsi 30 iyun tarixdə saat 14:00-da Bakı şəhərində Kimya, Biologiya təmayüllü Respublika Liseyində və Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseydə, Sumqayıt şəhərində isə Təbiət Elmləri təmayüllü gimnaziyada təşkil olunub keçiriləcəkdir. (iştirakçıların 13:00-da imtahan mərkəzlərində olmaları xahiş olunur)

İmtahan mərkəzi rayonlara və fənlərlə uyğun olaraq aşağıdakı kimi qruplaşdırılmışdır.

Abşeron, Sumqayıt, Quba, Qusar, Qubadlı, Xaçmaz, Xızı, Siyəzən, Şabran məktəbliləri Sumqayıt şəhəri TET gimnaziya

Bakı məktəblillərindən riyaziyyat, fizika və informatika fənni üzrə finalda iştirak edəcək şagirdlər KBTRL (Kimya, Biologiya təmayüllü Respublika Liseyi)

Bakı məktəblilərində kimya və biologiya fənni üzrə iştirak edəcək olanlar və digər rayon şəhər məktəbliləri isə FRİTL (Fizika-Riyaziyyat və İnformatika təmayüllü lisey)