image

Akademik istedadı, məntiqi təfəkkürü və elmi potensialı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi, həmin şagirdlərlə beynəlxalq olimpiadalara hazırlıq istiqamətində məqsədyönlü işlərin təşkili, 6-7-ci sinif şagirdlərinin müvafiq fənlərə olan həvəsin artırılması və onların dəstəklənməsi məqsədilə artıq dördüncüsü təşkil olunan “Məktəblilərarası Fənn Müsabiqələrinin” nəticələri elan olundu.

Müsabiqə 2 mərhələdə təşkil olunub keçirilmişdir. Birinci mərhələdə 60 faizdən yüksək nəticə göstərən şagirdlər final mərhələdə iştirak etmək hüququ qazanmışdırlar. İkinci mərhələdə riyaziyyat fənni üzrə 534 nəfər, fizika fənni üzrə 350 nəfər, kimya fənni üzrə 136 nəfər, biologiya fənni üzrə 208 nəfər, informatika fənni üzrə 135 nəfər olmaqla 1363 nəfər şagird iştirak etmişdir. 

Qeyd: Hər fənn üzrə 5 qızıl 10 gümüş 15 bürünc olmaqla ümumilikdə 30 nəfər qalib elan olunmuşdur əgər 30-cu şəxslə 31-ci şəxsin balı eynidirsə onda həmin şəxs də qalib elan olunmuşdur. beləliklə:

Cəmi 155 nəfər - onlardan 26 qızıl, 51 gümüş, 78 bürünc. 

Biologiya

Fizika

İnformatika

Kimya

Riyaziyyat