image

23.02.2020-ci il tarixində RFO Respublika Mərhələsinin yarımfinal turu keçiriləcəkdir. Yarımfinal turuna 12.01.2020-ci il tarixində təşkil olunan rayon (şəhər) mərhələsində müvafiq keçid balını toplayaraq növbəti turda iştirak etmək haqqı qazanan şagirdlər dəvət edilirlər. Qeydiyyat aşağıdakı link vasitəsiylə həyata keçirilir. 

Qeydiyyat

Qeydiyyat zamanı şagirdər ad, soyad, ata adlarını birinci mərhələdə cavab kartında kodlaşdırdıqları kimi qeyd etmələri xahiş olunur. İştirakçılar qeydiyyatı bitirib təsdiq etdikdən sonra ekrana çıxan buraxılış vərəqəsini çap etmələri, fotoşəkil yapışdırmaları və təhsil aldığı ümumtəhsil müəssisənin möhürü ilə möhürlətmələri (möhür fotonun üstünə düşmək şərti ilə) imtahana gələrkən özləri ilə gətirmələri tələb olunur. Qeydiyyat ilə əlaqədar hər hansı bir problem zamanı info@olimpida.edu.az ünvanına müraciət etməniz xahiş olunur.