23.02.2020 tarixində RFO respublika mərhələsinin yarımfinal turu keçiriləcəkdir. İnformatika fənnindən iştirakçılar aşağı yaş qrupu üzrə Bakı Mühəndislik Universitetində, yuxarı yaş qrupu üzrə isə ADA Universitetində yarışacaqlar. Şagirdlərin əvvəlcədən yarış mühiti ilə tanış olmaları məqsədilə yarış idarəetmə sistemi test rejimində istifadəyə verildi.
İstifadəçi adları və parolları, yarış mühitinə və sıralamaya keçid üçün istifadəçilər info@olimpiada.edu.az ünvanınına müraciət edə bilərlər.
Müraciətinizində ad soyad məktəb sinif qeyd etməniz xahiş olunur.
RFO təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.