image

23.02.2020-ci il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yarımfinal turunun nəticələri elan olunub.

Qaydalara əsasən, RFO Respublika mərhələsinin final turunda, yarımfinal turunun nəticələrinə əsasən hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər iştirak etmək hüququ qazanıblar.

Nəticələr ilə aşağıdakı keçidlər vasitəsiylə tanış ola bilərsiniz. Final turuna dəvət edilən şagirdlər xüsusi rənglə işarələnmişdir (İnformatika fənnindən başqa). İnformatika fənnindən aşağı yaş qrupu üçün keçid balı 300 (sıralamada 24-cü şagirdin balı), yuxarı yaş qrupu üçün keçid balı 115 (sıralamada 48-ci şagirdin balı) müəyyənləşdirilmişdir.  Final turu üçün elektron qeydiyyat 05-15.03.2020 tarixlərində www.olimpiada.edu.az saytı vasitəsiylə həyata keçirləcəkdir.

Respublika Fənn Olimpiadaları Kapital Bankın sponsorluğu ilə təşkil edilir.

Azərbaycan dili və ədəbiyyat aşağı yaş qrupu

Azərbaycan dili və ədəbiyyat yuxarı yaş qrupu

Biologiya aşağı yaş qrupu

Biologiya yuxarı yaş qrupu

Coğrafiya aşağı yaş qrupu

Coğrafiya yuxarı yaş qrupu

Fizika aşağı yaş qrupu

Fizika yuxarı yaş qrupu

İnformatika aşağı yaş qrupu

İnformatika yuxarı yaş qrupu

Kimya aşağı yaş qrupu

Kimya yuxarı yaş qrupu

Riyaziyyat aşağı yaş qrupu

Riyaziyyat yuxarı yaş qrupu

Tarix aşağı yaş qrupu

Tarix yuxarı yaş qrupu