image

Cari tədris ili üçün 28-29 mart 2020-ci il tarixlərinə təyin edilmiş Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin final turunun tarixi təşkilat komitəsinin qərarı ilə dəyişdirilmişdir. Final turunun keçirilmə tarixi haqqında məlumat yaxın gələcəkdə elan olunacaqdır. İnformasiya məqsədilə www.olimpiada.edu.az saytını izləməniz tövsiyə edilir. RFO təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.