13-18 mart 2020 tarixlərində Rusiya Federasiyası Adigeya Respublikasında V Qafqaz Riyaziyyat Olimpiadasının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar həmin bilik yarışı 14-15 mart 2020-ci il tarixlərində onlayn şəkildə keçirildi. Olimpiadada 8 ölkə üzrə 146 məktəbli öz bilik bacarıqlarını sınadılar. Aşağı yaş qrupu (junior team) üzrə yarışan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Amin Cəfərzadə bürünc, Toğrul Abbasov qızıl medal, yuxarı yaş qrupu (senior team) üzrə Fizika riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abbas Məmmədov və Murad Ağazadə isə müsabiqənin qızıl medalına layiq görülmüşdürlər.
Qeyd edək ki, ötən tədris ili məktəblilərimiz bu müsabiqədən 1 gümüş və 1 bürünc medal əldə etmişdirlər.
V Qafqaz Riyaziyyat Olimpiadasının nəticələri