Cari tədris ili üçün Respublika fənn olimpiadalarının final mərhələsi 28-29 mart tarixinə planlaşdırılsa da, ölkədə yaranmış epidemioloji vəziyyətə görə bu tədbirin keçirilməsi təxirə salınıb. 1-15 iyun tarixlərində müvafiq gigiyena sanitar normalarına əməl olunmaqla müxtəlif məktəblərdə hər fənn üzrə ayrı-ayrı günlərdə yekun mərhələsinin keçirilməsi planlaşdırılır. Fəndən asılı olaraq iştirakçı sayı 72-77 şagird arasında dəyişir. Şagirdlər imtahan zamanı bir otaqda 6-9 nəfərdən çox olmamaqla və sosial məsafə normaları gözlənilməklə yerləşdiriləcəklər.
17-05-2023