image

Riyaziyyat və fizika fənləri üzrə 05.06.2020-ci il tarixində keçirilmiş Fənn Olimpiadalarının Respublika mərhələsinin final turunun ilkin nəticələri artıq məlumdur. İştirakçılar onlara təqdim edilən kod və şifrəni daxil etməklə öz nəticələri ilə aşağıdakı keçid vasitəsiylə tanış ola bilərlər. Nəticələr haqqında hər hansı bir anlaşılmazlıq və ya sualı olan şagirdlər  10.06.2020-ci il saat 18:00-a qədər info@olimpiada.edu.az ünvanına ad, soyad və kod qeyd edilməklə əsaslandırılmış şəkildə e-mail yazaraq müraciət edə bilərlər. Respublika Fənn Olimpiadalarının təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.

İlkin nəticələr