image

05.06.2020-ci il tarixində RFO riyaziyyat və fizika fənləri üzrə, 09.06.2020-ci il tarixində isə Azərbaycan dili və ədəbiyyat, biologiya, coğrafiya, kimya və tarix fənləri final turu keçirilmiş, qiymətləndirmə və yazı işlərinin münsiflər heyətinin iştirakı ilə müzakirə prosesi yekunlaşmış və qaliblər qaydalara uyğun olaraq müəyyən edilmişdir.

17.06.2020-ci il tarixində informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsi keçirilmişdir.

Respublika fənn olimpiadalarının müvafiq fənn və yaş qrupları üzrə qaliblərinin sayı şagirdlərin nəticələrinə uyğun sıralamaya müvafiq olaraq aşağıdakı kimi müəyyən edilir:

Aşağı yaş qrupu üzrə:

          - 1-2  və 2-ci ilə eyni nəticə göstərən şagirdlər - I yer Diplomu;

          - 3-6 və 6-cı ilə eyni nəticə göstərən şagirdlər - II yer Diplomu;

          - 7-12 və 12-ci ilə eyni nəticə göstərən şagirdlər - III yer Diplomu ilə təltif edilirlər.

Yuxarı yaş qrupu üzrə:

          - 1-4 və 4-cü ilə eyni nəticə göstərən şagirdlər - I yer Diplomu;

          - 5-12 və 12-ci ilə eyni nəticə göstərən şagirdlər - II yer Diplomu;

          - 13-24 və 24-cü ilə eyni nəticə göstərən şagirdlər - III yer Diplomu ilə təltif edilir. 

RFO təşkilat komitəsi və münsiflər heyəti qalibləri təbrik edir və bütün iştirakçılara uğurlar arzulayır.

Azərbaycan dili və ədəbiyyat aşağı yaş qrupu

Azərbaycan dili və ədəbiyyat yuxarı yaş qrupu

Biologiya aşağı yaş qrupu

Biologiya yuxarı yaş qrupu

Coğrafiya aşağı yaş qrupu

Coğrafiya yuxarı yaş qrupu

İnformatika aşağı yaş qrupu

İnformatika yuxarı yaş qrupu

Kimya aşağı yaş qrupu

Kimya yuxarı yaş qrupu

Tarix aşağı yaş qrupu

Tarix yuxarı yaş qrupu

Riyaziyyat aşağı yaş qrupu

Riyaziyyat yuxarı yaş qrupu

Fizika aşağı yaş qrupu

Fizika yuxarı yaş qrupu