Respublika Fənn Olimpiadaları ölkəmizin bütün coğrafiyasını əhatə edən və hər il yuxarı siniflərdə təhsil şagirdlərimizin həvəslə hazırlaşaraq səbirsizliklə gözlədiyi böyük bir elm marafonudur. Şagirdlərin akademik istedadlarını, tədqiqat bacarıqlarını və elmi potensiallarını nümayiş etdirdiyi olimpiadalar təkcə iştirakçılar üçün deyil, eləcə də münsiflər heyətinin üzvləri, müəllimlər, yerli təhsil idarəetmə orqanları və bütün təhsil ictimaiyyəti üçün önəmli bir hadisəyə çevrilmişdir. Statistikalara nəzər saldığımız zaman bu elm yarışına olan marağın hər il daha da artdığını görə bilərik.
Beləki ötən tədris ilində Respublika Fənn Olimpiadalarında iştirakçı sayı əvvəlki illə müqayisədə 16% artaraq 34000 nəfər olmuşdur. Bu iştirakçıların cəmi 2%-i final turuna qədər irəliləyə bilmiş və 1%-i Respublika Fənn Olimpiadalarının qalibi adına layiq görülmüşdür. Şübhəsiz ki, öz yaşıdları arasında ölkənin ən istedadlı 1%-lik dilimində yer almaq hər bir şagird üçün qürurverici bir haldır. 8 fənn üzrə keçirilən olimpiadaların final turuna 589 nəfər (əlavə Naxçıvan Muxtar Respublikası üzrə 102 nəfər) şagird vəsiqə qazanmışdır. Onlarda 320 nəfəri olimpiadaların qalibi adına layiq görülmüşdür. Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumitəhsil müəssisəni əhatə edir.
Ölkə üzrə medal sayına görə ilk onluq
Bakı 158 medal
Naxçıvan MR 24 medal
Sumqayıt 18 medal
Gəncə 10 medal
İsmayıllı 9 medal
Oğuz 7 medal
Masallı 6 medal
Mingəçevir 6 medal
Şəki 6 medal
Lənkəran 5 medal
Xaçmaz 5 medal
Medalların əyarına görə ilk onluq
Bakı 29 qızıl 57 gümüş 72 bürünc
Naxçıvan 4 qızıl 7 gümüş 13 bürünc
Sumqayıt 3 qızıl 6 gümüş 9 bürünc
Gəncə 3 qızıl 2 gümüş 5 bürünc
Oğuz 2 qızıl 2 gümüş 3 bürünc
Şəki 1 qızıl 4 gümüş 1 bürünc
Masallı 1 qızıl 3 gümüş 2 bürünc
Balakən 1 qızıl 2 gümüş 1 bürünc
Abşeron 1 qızıl 1 gümüş 2 bürünc
Bərdə 1 qızıl 1 gümüş 2 bürünc
Paytaxt üzrə olan qaliblərin 52-si Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər, 73 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblər, 33 nəfəri isə özəl ümumi təhsil müəssisələrində təhsil alan şagirdləri əhatə etmişdir.
Medal sayına görə ölkə üzrə ən yaxşı nəticə göstərən məktəblər aşağıdakı kimidir.
TN tabeliyində Fizika, riyaziyyat və informatika təmayüllü lisey 35 medal
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi 26 medal
Bakı şəhəri Akademik Zərifə Əliyeva adına lisey 21 medal
Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziya 13 medal
Bakı Avropa liseyi 7 medal
Bakı şəhəri 220 nömrəli məktəb-lisey 6 medal
Kimya-biologiya təmayüllü Respublika liseyi 5 medal
BDU-nun nəzdində "Gənc İstedadlar" liseyi 5 medal
Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi 4 medal
Biləsuvar şəhəri Mübariz İbrahimov adına bağça-məktəb lisey kompleksi 4 medal
Medalların əyarına görə ölkə üzrə ən yaxşı nəticə göstərən ümumi təhsil müəssisələri
Fizika-riyaziyyat informatika təmayüllü respublika liseyi 8 qızıl, 15 gümüş, 12 bürünc
Bakı şəhəri Akademik Zərifə Əliyeva adına lisey 6 qızıl, 9 gümüş, 6 bürünc
Türkiyə Dəyanət vəqfi Bakı Türk liseyi 5 qızıl, 8 gümüş, 13 bürünc
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya 2 qızıl, 4 gümüş, 7 bürünc.
Kimya biologiya təmayüllü Respublika liseyi 2 qızıl, 1 gümüş, 2 bürünc
BDU nun nəzdində "Gənc İstedadlar" liseyi 2 qızıl, 1 gümüş, 2 bürünc
Bakı şəhəri 220 nömrəli məktəb lisey 1 qızıl , 3 gümüş, 2 bürünc
Gəncə şəhəri FRİTL sinifləri 1 qızıl, 2 gümüş, 1 bürünc
Oğuz rayonu Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəb 1 qızıl, 1 gümüş, 1 bürünc
Masallı rayonu Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəb 1 qızıl, 1 gümüş,
Ümumilikdə qaliblərin 101 nəfəri qız, 219 nəfəri isə oğlan şagird təşkil etmişdir.
RFO təşkilat komitəsi və münsiflər heyəti qalibləri təbrik edir, növbəti tədris ilində bütün iştirakçılara uğurlar arzulayır.