image

14-21 avqust tarixlərində virtual formatda Asiya Pasifik İnformatika Olimpiadası təşkil olunub. 33 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi yarışmada məktəblilərimiz uğurla çıxış ediblər. 

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI  sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medala layiq görülüblər. 

Qeyd edək ki, Asiya Pasifik İnformatika Olimpiadası 2007-ci ildən etibarən Beynəlxalq İnformatika Olimpiadası formatında təşkil edilən virtual müsabiqədir, məktəblilərimiz sözügedən yarışa 2019-cu ildən etibarən qatılırlar. 

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir.