image

7-14 dekabr 2020-ci il tarixlərində 51-ci Beynəlxalq Fizika Olimpiadası (Beynəlxalq Virtual Fizika olimpiadası) təşkil edilib. 47 ölkə və 235 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz onlayn qaydada qoşulublar. 

Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycanı təmsil edən şagirdlər uğurla iştirak ediblər. Belə ki,  Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Murad Bəşirov bürünc medala, həmin gimnaziyanın XI sinif şagirdi Sirac Yəhyazadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Ayhan Süleymanzadə isə olimpiadanın “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər.