image

10-12.02.2021 tarixlərində RFO rayon (şəhər) mərhələsi keçirilmişdir. Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə bəzi fənnlərdən keçid faziləri mövcud situasiyanı nəzərə alaraq endirilmiş və aşağıdakı kimi müəyyənləşdirilmişdir.

Azərbaycan dili və ədəbiyyatı fənnindən 9-cu sinif üçün 45%, 10-cu sinif üçün 40%, 11-ci sinif üçün 55%, Tarix fənnindən 9-cu sinif üçün 40%, 10-cu sinif üçün 55%, 11-ci sinif üçün 55%, Coğrafiya fənnindən hər üç sinif üçün 40%, Riyaziyyat fənnindən 9-cu sinif üçün 40%, 10-cu və 11-ci siniflər üçün 50%, İnformatika fənnindən 9-cu sinif üçün 50%, 10-cu və 11-ci siniflər üçün 40%, Fizika fənnindən hər üç sinif üçün 35%, Kimya fənnindən 9-cu sinif üçün 50%, 10-cu və 11-ci siniflər üçün 60%, Biologiya fənnindən 9-cu sinif üçün 35%, 10-cu sinif üçün 50%, 11-ci sinif üçün 60% olaraq müəyyən edilmişdir

Aşağıdakı keçidlər vasitəsilə müvafiq fənlər üzrə növbəti mərhələdə iştirak edəcək şagirdlərin adlı siyahısı ilə tanış ola bilərsiniz. Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsil idarəetmə orqanlarından, həmçinin ümumtəhsil müəssisələrindən əldə edə bilərsiniz.

Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat Yerli Təşkilat Komitələrinə göndərilib. Növbəti mərhələyə qeydiyyat 24-28 fevral 2021-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.

RFO təşkilat komitəsi və münsiflər heyəti bütün olimpiada iştirakçılarına uğurlar arzulayırlar!

Azərbaycan dili və ədəbiyyat

Biologiya

Coğrafiya

Fizika

İnformatika

Riyaziyyat

Kimya

Tarix