image

10-12.02.2021 tarixlərində RFO rayon (şəhər) mərhələsi keçirilmişdir. Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə bəzi fənnlərdən keçid faziləri mövcud situasiyanı nəzərə alaraq endirilmiş və aşağıdakı kimi müəyyənləşdirilmişdir.

İştirakçıkalar aşağıdakı keçid vasitəsiylə UTİS kodunu daxil edərək öz nəticələri ilə tanış ola bilərlər.

Azərbaycan dili və ədəbiyyatı fənnindən 9-cu sinif üçün 45%, 10-cu sinif üçün 40%, 11-ci sinif üçün 55%, Tarix fənnindən 9-cu sinif üçün 40%, 10-cu sinif üçün 55%, 11-ci sinif üçün 55%, Coğrafiya fənnindən hər üç sinif üçün 40%, Riyaziyyat fənnindən 9-cu sinif üçün 40%, 10-cu və 11-ci siniflər üçün 50%, İnformatika fənnindən 9-cu sinif üçün 50%, 10-cu və 11-ci siniflər üçün 40%, Fizika fənnindən hər üç sinif üçün 35%, Kimya fənnindən 9-cu sinif üçün 50%, 10-cu və 11-ci siniflər üçün 60%, Biologiya fənnindən 9-cu sinif üçün 35%, 10-cu sinif üçün 50%, 11-ci sinif üçün 60% olaraq müəyyən edilmişdir.

Respublika Fənn Olimpiadaları  “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

RFO təşkilat komitəsi və münsiflər heyəti olimpiada iştirakçılarına uğurlar arzulayır!

NƏTİCƏLƏR