Olimpiada ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edib.
Olimpiadada şagirdlərə həll etmək üçün 5 alqoritmik məsələ təqdim edilib.
Yarımfinal turun nəticələri ilə aşağıdakı keçidlər vasitəsiylə tanış ola bilərsiniz. Qaydalara əsasən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 24 iştirakçı və 24-cü ilə eyni balı toplayanlar, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 48 iştirakçı və 48-ci ilə eyni balı toplayanlar olimpiadaların finalında iştirak haqqı qazanırlar.