image

26 may 2021-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçiriləcək. Olimpiadanın final mərhələsi mövcud pandemiya qaydalarına uyğun olaraq ölkə üzrə 27 mərkəzdə təşkil olunacaq.

 

Bu mərhələdə 2954 şagird iştirak hüququ qazanıb.

 

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.