image

Azərbaycan Respublikası Təhsil İnstitutu və “Azercell Telekom” MMC 5-7-ci sinif şagirdlərini müsabiqəyə qatılmağa çağırır

Məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi elan edir. Müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən  şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə 5-7-ci sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqəyə qeydiyyat iyun ayının 10-dan 20-dək davam edəcək, birinci tur isə virtual formada 27 iyun tarixində keçiriləcək. Tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub.

Müsabiqəyə qeydiyyat yekunlaşmışdır

İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Yekun nəticədə qalib olan məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcəklər.

Xatırladaq ki, 2017-ci ildən etibarən informatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir və bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.