16-21 iyun 2021-ci il tarixlərində Latviya Respublikasında virtual formatda 5-ci Avropa Fizika Olimpiadası təşkil edilmişdir. 46 ölkənin komandalarının qatıldığı müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanmışdırlar. Belə ki, Sumqayıt şəhəri Təbiət Elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov bürünc medal, BDU-nun nəzdindəki Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi Rəfsan Həbibullayev və Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rüfət Məmmədov həvəsləndirici mükafata layiq görülmüşdürlər.
