5-7-ci sinif şagirdləri üçün təşkil edilən "Azercell Cup" proqramlaşdırma müsabiqəsinin birinci mərhələsi yekunlaşmışdır. 23-24-25-26 iyun 2021-ci il tarixində şagirdlərin sistemdən istifadə bacarıqlarının formalaşdırılması üçün məşq turu təşkil edilmişdir. Əsas yarış 27 iyun 2021-ci il tarixində virtual formada keçirilmişdir. Şagirdlərə 6 alqoritmik məsələnin həlli üçün 3 saat vaxt verilmişdir. Birinci turda yarışda 1795 iştirakçı tərəfindən ümumi 2427 həll göndərilmişdir,151 sual onlayn şəkildə sistemdə cavablandırılmışdır. Birinci turda hər hansı bir məsələdən müəyyən qədər bal ala bilən şagirdlər final mərhələsində iştirak etmək hüququ qazanmışdırlar. Filan mərhələsi növbəti tədris ilinin əvvəlində əyani formada təşkil olunacaqdır.
