image

25.07.2021-ci il tarixində Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasına seçmə imtahanının birinci turu virtual formada keçirilmişdir. Azərbaycan və rus bölmələri üzrə keçirilən imtahanda iştirakçılara test və açıq tipli tapşırıqlar təqdim edilmişdir. Testlərin hər biri 1 bal açıq suallar isə 2 balla dəyərləndirilmişdir. Ümumi nəticələrə əsasən 28 baldan yuxarı toplayan şagirdlər (28  bal da daxil olmaqla) seçmə imtahanının ikinci mərhələsinə vəsiqə qazanmışdırlar. (İkinci mərhələ haqqında məlumat avqust ayı ərzində olimpiada.edu.az saytında elan ediləcəkdir) Ümumi nəticələr ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz.

Azərbaycan bölməsi

Rus bölməsi