image

8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədi ilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri Naqif Nəbiyevin xatisəsinə həsr edilmiş müsabiqə təşkil olunacaqdır. Müsabiqədə ümumtəhsil müəssisələrinin 8-9-cu siniflərində təhsil alan şagirdlərə 9-cu sinif proqramına uyğun suallar Azərbaycan və Rus bölməsi üzrə təqdim ediləcəkdir.3 mərhələdə keçirilməsi planlaşdırılan müsabiqənin birinci mərhələsi online qaydada test formasında, ikinci mərhələsi real (ənənəvi) qaydada test formatında, üçüncü mərhələ isə açıq suallardan ibarət olacaqdır. 

Birinci mərhələ 05.10.2021-ci il tarixində saat 17:00 da keçiriləcəkdir. Qeydiyyat linki aşağıda verilmişdir. 

Qeydiyyat 

Təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.