image

05.10.2021-ci il tarixində Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş 8-9-cu sinif şagirdləri arasında fizika müsabiqəsinin birinci mərhələsi virtual formada keçirilmişdir. Müsabiqənin birinci mərhələsinin ümumi nəticələri ilə aşağıdakı keçid vasitəsiylə tanış ola bilərsiniz. Xüsusi rənglə (sarı) işarələnmiş şagirdlər növbəti turda iştirak hüququ əldə etmişdirlər. Münsiflər heyətinin qərarına əsasən ümumi sualların ən az 1/3 hissəsinə düzgün cavab verən hər kəs növbəti turda iştirak haqqı qazanmışdır.

Növbəti tur 12.10.2021-ci il tarixində saat 15:00-da Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika Liseyində təşkil ediləcəkdir. Müsabiqəyə gələrkən iştirakçıların şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur. Təşkilat komitəsi və münsiflər heyəti bütün iştiraçılara uğurlar arzulayır.

Ümumi nəticələr