image

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm müsabiqəsidir. Dünyanın 60-dan çox ölkəsindən iştirakçıların olduğu bu olimpiadada Azərbaycan məktəbliləri ölkəmizi uğurla təmsil edirlər. 06.10.2021-ci il tarixində keçirilən ilk seçmə imtahanında 100-ə yaxın şagird iştirak etmiş və onlardan ən yaxşı nəticə göstərənlər 11.10.2021-dən etibarən müntəzəm dərslərə, laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunacaqlar. Xüsusi rənglə işarələnmiş şagirdlər növbəti tura keçmiş hesab olunurlar. Dərslər  Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika Liseyində təşkil ediləcəkdi

Birinci seçmə imtahanının nəticələri

IJSO 2021  hazırlıq dərslərinin cədvəli
Saat Bazar ertəsi             Çərşənbə                         Cümə                  
15:00-15:45         Fizika Kimya Biologiya
15:45-15:55 Tənəffüs Tənəffüs Tənəffüs
15:55-16:40 Fizika Kimya Biologiya
16:40-16:50 Tənəffüs Tənəffüs Tənəffüs
16:50-17:35 Kimya Biologiya Fizika
17:35-17:45 Tənəffüs Tənəffüs Tənəffüs
17:45-18:30 Kimya Biologiya Fizika