Ötən həftə biologiya və fizika fənlərindən yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin seçmə imtahanları keçirildi. Seçmə imtahana biologiya fənnindən Respublika Fənn Olimpiadaları finalçıları, fizika fənnində 9-cu siniflər üzrə RFO finalçıları, 10-cu siniflərdən isə RFO qalibləri dəvət edilmişdir.
Seçmə imtahanının nəticələri ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz. Xüsusi rənglə işarələnmiş şagirdlər beynəlxalq olimpiadalara hazırlıq dərsrləinə dəvət olunurlar. Biologiya fənni üzrə dərslər 23 oktyabr saat 10.00-da Kimya-biologiya təmayüllü Respublika liseyində, fizika fənni üzrə isə Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində (Bakı şəhəri Nərimanov rayon F. Xoyski 109) ünvanında keçiriləcəkdir.