image

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. Cari tədris ilində sözügedən olimpiada 12-21.12.2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəkdir. 30.10.2021-ci il tarixində keçirilən ikinci seçmə imtahanda birinci imtahanda uğurla çıxış edərək dərslərdə iştirak etmək haqqı qazanan şagirdlər dəvət edilmişdir.İmtahan nəticələrinə əsasən seçilən komanda üzvləri aşağıdakılardır:

N Ad Soyad Ata adı Sinif Məktəb
1 Nigar Yaqublu Əfrail 10 Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi
2 Dərya Namazova Zülfüqar 10 TN-nin birbaşa tabeliyində olan, Fizika, riyaziyyat və informatika təmayüllü lisey
3 Sara Əhmədzadə Bəkir 10 TN-nin birbaşa tabeliyində olan, Kimya-biologiya təmayüllü lisey
4 Aygün Haqverdiyeva Vurğun 10 Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya
5 Daniil Yarkovoy Alekseyeviç 10 TN-nin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına lisey
6 Dəniz Səttarlı Zaur 10 Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi