Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. Cari tədris ilində sözügedən olimpiada 12-21.12.2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəkdir. 30.10.2021-ci il tarixində keçirilən ikinci seçmə imtahanda birinci imtahanda uğurla çıxış edərək dərslərdə iştirak etmək haqqı qazanan şagirdlər dəvət edilmişdir.İmtahan nəticələrinə əsasən seçilən komanda üzvləri aşağıdakılardır:
N | Ad | Soyad | Ata adı | Sinif | Məktəb |
1 | Nigar | Yaqublu | Əfrail | 10 | Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi |
2 | Dərya | Namazova | Zülfüqar | 10 | TN-nin birbaşa tabeliyində olan, Fizika, riyaziyyat və informatika təmayüllü lisey |
3 | Sara | Əhmədzadə | Bəkir | 10 | TN-nin birbaşa tabeliyində olan, Kimya-biologiya təmayüllü lisey |
4 | Aygün | Haqverdiyeva | Vurğun | 10 | Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya |
5 | Daniil | Yarkovoy | Alekseyeviç | 10 | TN-nin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına lisey |
6 | Dəniz | Səttarlı | Zaur | 10 | Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi |