8-9-cu sinif şagirdləri arasında riyaziyyat fənninə olan marağın artırılması, riyaziyyat üzrə akademik bilikləri yüksək olan şagirdlərin həvəsləndirilməsi məqsədi ilə 8-9-cu sinif şagirdləri arasında beynəlxalq riyaziyyat olimpiadalarına seçmə imtahanı təşkil olunacaqdır. İmtahanda ümumtəhsil müəssisələrinin 8-9-cu siniflərində təhsil alan şagirdlərə olimpiada proqramına uyğun suallar Azərbaycan bölməsi üzrə təqdim ediləcəkdir. 2 mərhələdə keçirilməsi planlaşdırılan müsabiqənin birinci mərhələsi online qaydada test formasında, ikinci mərhələ isə açıq suallardan ibarət olaraq keçiriləcəkdir.
Birinci mərhələ 21.11.2021-ci il tarixində saat 15:00-da keçiriləcəkdir. Qeydiyyat linki aşağıda verilmişdir.
Təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.