20.11.2021-ci il tarixində riyaziyyat fənni üzrə 8-9-cu sinif şagirdləri arasında beynəlxalq olimpiadalara hazırlaşmaq istəyənləri müəyyənləşdirmək məqsədi ilə onlayn formatda test imtahanı təşkil olunmuşdur. İmtahanda ümumilikdə ölkə üzrə 5733 nəfər 75 dəqiqə ərzində onlara təqdim edilən 25 olimpiada sualını cavablandırmalı idilər. Ümumi nəticələrə əsasən 60% və daha yuxarı nəticə göstərən şagirdlər növbəti mərhələyə dəvət olunurlar, həmin şagirdlərin adlı siyahısı aşağıda verilmişdir. İkinci mərhələ 04.12.2021-ci il tarixində saat 10:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fzika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil ediləcəkdir. Şagirdlərə olimpiada proqramına uyğun olaraq 5 açıq sual və onları həll etmək üçün 3 saat vaxt veriləcəkdir. Təşkilat komitəsi bütün iştirakçılara uğurlar arzulayır.
İkinci mərhələdə iştirak hüququ qazananlar