image

2021-2022-ci tədris ili Respublika Fənn Olimpiadalarının  rayon (şəhər) mərhələsinin informatika fənni üzrə keçirilməsi haqqında məlumat

  • Cari tədris ilində informatika fənni üzrə RFO rayon (şəhər) mərhələsi onlayn formatda keçiriləcəkdir.

 

  • İmtahana qoşulmaq üçün hər bir istifadəçiyə davamlı internet əlaqəsi və internetə qoşula bilən kompüter və ya noutbuk lazımdır (telefon və planşet kimi cihazlar əlverişsizdir)

 

  • Onlayn yarış mühitindən istifadə qaydaları aşağıdakı linkdə verilmişdir

https://www.youtube.com/watch?v=79UR4ckl8cg

 

  • Şagirdlərə yarışda iştirak etmək üçün istifadəçi adı və parolları qeydiyyatdan keçdikləri üsullarla portal.edu.az şəxsi kabinet və  ümumtəhsil müəssisəsi (8-ci siniflər) vasitəsilə göndərilmişdir. Həmçinin, telefon nömrələri qeyd edən istifadəçilərə həmin məlumatlar sms vasitəsilə göndərilmişdir.

 

  • 18,19,20.01.2022-ci il tarixlərində praktiki sessiya keçiriləcəkdir və praktiki sessiyanın məqsədi iştirakçıların yarış mühitində işləmə bacarıqlarını formalaşdırmaqdır. Həmin sessiyanın nəticəsi əsas yarışın nəticəsinə təsir etmir.

 

  • Əsas yarış 22.01.2022-ci il tarixində saat 10:00-da 8-9-cu siniflər, 13:00-da 10-cu siniflər və 16:00-da 11-ci siniflər üçün keçiriləcəkdir. Hər bir yaş qrupu üçün olimpiadanın birinci turunun müddəti 2 saat təşkil edəcək. İstifadəçilərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunacaq və yarış mühitində C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər avtomatik sistem tərəfindən qəbul ediləcəkdir.

 

  • Yarış müddətində əlavə resurs və kənar vasitələrdən istifadə halları aşkarlanarsa və ya kodun hər hansı bir açıq mənbədən köçürülməsi hallarına rast gəlinərsə, həmin istifadəçi yarışdan kənarlaşdırılacaqdır.

 

İnformatika fənni üzrə münsiflər heyəti, təşkilat komitəsi və texniki komitə bütün istifadəçilərə uğurlar arzulayır!