22.01.2022 tarixlərində RFO rayon (şəhər) mərhələsi keçirilmişdir. Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə bəzi fənnlərdən keçid faziləri aşağıdakı kimi müəyyənləşdirilmişdir.
Azərbaycan dili və ədəbiyyatı fənnindən 9-cu sinif üçün 55%, 10-cu və 11-ci siniflər üçün 50%, Tarix fənnindən 9-cu sinif üçün 30%, 10-cu sinif üçün 35%, 11-ci sinif üçün 50%, Coğrafiya fənnindən hər üç sinif üçün 30%, Riyaziyyat fənnindən 9-cu sinif üçün 35%, 10-cu və 11-ci siniflər üçün 30%, Fizika fənnindən hər üç sinif üçün 30%, Kimya fənnindən 9-cu sinif üçün 45%, 10-cu və 11-ci siniflər üçün 40%, Biologiya fənnindən 9-cu və 10-cu siniflər üçün 35%, 11-ci sinif üçün 45% olaraq müəyyən edilmişdir.
İnformatika fənnindən ən azı bir məsələnin həllini sistemə göndərərək tam (100) bal alan şagirdlər növbəti turda iştirak haqqı qazanmışdır.
Aşağıdakı keçid vasitəsilə müvafiq fənlər üzrə növbəti mərhələdə iştirak edəcək şagirdlərin adlı siyahısı ilə tanış ola bilərsiniz. Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsil idarəetmə orqanlarından, ümumtəhsil müəssisələrindən əldə edə bilərsiniz.
Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.
Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 (üç) iş günü ərzində qəbul edilir.
Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.
Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
RFO təşkilat komitəsi və münsiflər heyəti bütün olimpiada iştirakçılarına uğurlar arzulayır!
Növbəti mərhələdə iştirak hüququ qazanan şagirdlər.