image

Olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və şagirdlərin beynəlxalq olimpiadalarda göstəricilərinin daha da yüksəldilməsi üçün müvafiq fənlər üzrə fərqli ölkələrdən mütəxəssis müəllimlər dəvət olunur.

Belə ki, 54-cü Beynəlxalq Kimya Olimpiadasına hazırlıq ilə əlaqəli kimya fənnindən intensiv dərslər-“Qış kampı” təşkil olunub.

Dərslərə Rusiya Beynəlxalq Kimya Olimpiadası komandasının məşqçiləri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları, Qeyri-üzvi kimya kafedrasının müəllimi Aleksey Lunev Mixayloviç, Fiziki-kimya kafedrasının müəllimi Daniil Xoxlov Vitalyeviç, həmçinin KAİST Universitetinin  (Cənubi Koreya) tələbəsi  Ramil Babazadə dəvət olunublar.

Qeyd edək ki, 14 nəfər şagirdin iştirakı ilə keçirilən dərslər ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində təşkil olunur