image

Qazaxıstanda 15-23 fevral 2022-ci il tarixlərində 18-ci Beynəlxalq Jautikov Olimpiadası (https://izho.kz/) təşkil olunur.

Sözügedən olimpiadada ölkəmizi məktəblilər 5 komanda (35 iştirakçı) ilə təmsil edirlər. Hər komandada 3 nəfər riyaziyyat, 2 nəfər  fizika, 2 nəfər isə informatika fənnindən iştirak edir.

Olimpiada onlayn formatda Bakı Modern Təhsil Kompleksində təşkil edilir.

Olimpiadanın nəticələri bağlanış mərasimində elan olunacaq.

Məktəblilərimizə uğurlar arzu edirik!