image

16-17 fevral 2022-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 gümüş, 12 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.

Qeyd edək ki, məktəblilərimiz 2006-cı ildən bugünədək sözügedən olimpiadada iştirak edərək 4 qızıl, 30 gümüş, 53 bürünc olmaqla ümumilikdə 87 medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.