image

İnformatika fənni üzrə RFO-nun respublika mərhələsinin yarımfinal turu 8 mart 2022-ci il tarixində ölkə üzrə 5 mərkəzdə təşkil olunmuşdur.

Bakı şəhəri üzrə 2 (ADA Universiteti və Bakı Mühəndislik Universiteti), bölgələr üzrə isə 3 mərkəzdə (Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan şəhəri kimya biologiya təmayüllü respublika liseyi) təşkil olunmuşdur.Şagirdlərə həll etmək üçün 3 alqoritmik məsələ və 3 saat vaxt verilmişdir.

Yarımfinal turun nəticələri ilə aşağıdakı keçidlər vasitəsiylə tanış ola bilərsiniz. Aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 30 iştirakçı və 30-cu ilə eyni balı toplayanlar, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 50 iştirakçı və 50-ci ilə eyni balı toplayanlar finalda iştirak haqqı qazanıblar. 

Qeyd edək ki, RFO “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

İnformatika aşağı yaş qrupu

İnformatika yuxarı yaş qrupu