02.04.2022 tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqəyə qeydiyyat 09.03.2022 tarixində saat 12:00-dan etibarən portal.edu.az platforması üzərindən həyata keçilir. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər. Qeydiyyat 14.03.2022 tarixində saat 18:00-da yekunlaşacaqdır. Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.
03.04.2022 tarixində ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək. Müsabiqəyə qeydiyyat 09.03.2022 tarixində saat 12:00-dan etibarən portal.edu.az platforması üzərindən həyata keçilir. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər. Qeydiyyat 14.03.2022 tarixində saat 18:00-da yekunlaşacaq. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
2020-2021 tədris ilinin Fənn Müsabiqələri və Lütfi Zadə məntiq olimpiadasının birinci turunun sual kitabçalarının aşağıdakı linklər vasitəsilə əldə edə bilərsiniz
Məktəblilərarası Fənn Müsabiqələri