Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən olimpiadanın məqsədi, şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıqlara cəlb olunmasıdır.
Təşkilat komitəsini qərarına əsasən, maksimal qiymətin 90%-ni toplamış iştirakçılar 1-ci yerə, 80%-ni toplamış iştirakçılar 2-ci yerə, 70%-ni toplamış iştirakçılar isə 3-cü yerə layiq görülmüşdür. Seçilmiş şagirdlər avqust ayında Gürcüstanda keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaq. Qaliblərin siyahısı ilə aşağıdakı "nəticələr" hissəsindən tanış ola bilərsiniz.
Qeyd edək ki, olimpiada Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsi təşkilatçılığı ilə, Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçirilmişdir.