07.05.2022-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Yoxlama və yazı işlərinə baxış prosesi yekunlaşmış və nəticələr artıq məlumdur.
Belə ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanmışdırlar.
RFO təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.