image

14 may 2022-ci il tarixdə riyaziyyat, fizika və biologiya fənləri  üzrə Respublika fənn olimpiadalarının final turu keçirilmişdir. Yoxlama prossesi yekunlaşmış və ilkin nəticələr aşağıdakı kimidir.

İlkin nəticələr

Müvafiq fənlər üzrə yekun nəticələr, sabahkı koordinasiya (münsiflər heyətinin üzvlərinin iştirakı ilə yazı işlərinə baxış) prosesindən sonra elan ediləcəkdir.

Koordinasiya prosesi olimpiada təşkil olunan mərkəzdə - Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 15.05.2022-ci il tarixində riyaziyyat və biologiya fənlərindən yuxarı yaş qrupu üzrə iştirak edən şagirdlər üçün 10:00-12:00, aşağı yaş qrupu üzrə iştirak edən şagirdlər üçün 12:00-13:00 - da icra ediləcəkdir, fizika fənni üzrə isə koordiyasiya hər iki yaş qrupu üçün 10:00-da başlayıb 13:00-a kimi davam edəcəkdir. Koordinasiya prosesində iştirak könüllüdür, iştirak üçün şagird şəxsiyyəti təsdiq edən sənədlə müvafiq ünvana yaxınlaşa bilər. 

RFO təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.