image

14.05.2022-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Riyaziyyat, fizika, biologiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirlib. Yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesi yekunlaşmış və nəticələr artıq məlumdur.

Belə ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanmışdırlar.

15.05.2022-ci il tarixində ADA Universitetində və Bakı Mühəndislik Universitetində keçirilən informatika fənni üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turunun yekun nəticələri də məlumdur. İnformatika fənnindən aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanmışdırlar. Yuxarı yaş qrupu üzrə isə finalçıların 50%-i 5 qızıl medalçı , 8 gümüş medalçı , 12 bürünc medalçı olmaqla qalib elan edilmişdir.

Yekun nəticələr ilə aşağıdakı keçidlər vasitəsiylə tanış ola bilərsiz.

Riyaziyyat

Fizika 

Biologiya

İnformatika

RFO təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.