Mayın 18-də kimya fənni üzrə respublika fənn olimpiadalarının final turu keçirilib.
Şagirdlərə bu turda açıq tipli tapşırıqlar və 4 saat yarım vaxt verilib.
Yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesi yekunlaşmış və nəticələr artıq məlumdur.
Belə ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanmışdırlar.
Yekun nəticələr ilə aşağıdakı keçidlər vasitəsiylə tanış ola bilərsiz.