image

25.09.2022-ci il tarixində riyaziyyat fənni üzrə 8-9-cu sinif şagirdləri arasında beynəlxalq olimpiadalara hazırlaşmaq istəyənləri müəyyənləşdirmək məqsədi ilə onlayn formatda test imtahanı təşkil olunmuşdur. İmtahanda ümumilikdə ölkə üzrə 4143 nəfər 90 dəqiqə ərzində onlara təqdim edilən 25 olimpiada sualını cavablandırmalı idilər. Ümumi nəticələrə əsasən 16 düz yazan və daha yuxarı nəticə göstərən şagirdlər növbəti mərhələyə dəvət olunurlar, həmin şagirdlərin adlı siyahısı aşağıda verilmişdir. İkinci mərhələ 01.10.2022-ci il tarixində saat 10:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil ediləcəkdir.  Təşkilat komitəsi bütün iştirakçılara uğurlar arzulayır.


Nəticələr