2-12 dekabr 2022-ci il tarixlərində Kolumbiyanın Bogota şəhərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təşkil olunacaqdır.
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında keçirilən elm yarışıdır.Sözügedən olimpiadada ölkəmizi təmsil edəcək olan komanda seçmə imtahanının birinci mərhələsi 24.09.2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçirilmişdir. Seçmə imtahana Bakı Elm Olimpiadası finalçıları və Respublika Fənn Olimpiadaları finalçıları dəvə edilmişdirlər. Birinci mərhələdə 30% və daha yuxarı nəticə göstərən şagirdlər uğur qazanmış hesab edilirlər. Həmin şagirdlərlə online dərslər bu həftə ərzində başlayacaqdır. Şagirdlərə dərs qrafiki və növbəti mərhələ haqqında məlumatlar qeyd etdikləri telefon nömrələri vasitəsi ilə veriləcəkdir.
Təşkilat komitəsi bütün iştirakçılara uğurlar arzulayır.