Biologiya fənnindən yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı keçirilmişdir. Seçmə imtahanına əvvəlki tədris ilində biologiya fənnindən Respublika fənn olimpiadalarının final turuna qədər vəsiqə qazanan şagirdlər dəvət olunmuşdurlar. Nəticələr ilə aşağıdakı keçid vasitəsiylə tanış ola bilərsiniz. Xüsusi rənglə işarələnmiş şagirdlər ilə dərslər 23.10.2022-ci ildə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə saat 10:00-da başlayacaqdır.
