8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri Naqif Nəbiyevin xatisəsinə həsr edilmiş müsabiqə təşkil olunacaqdır. Müsabiqədə ümumtəhsil müəssisələrinin 8-9-cu siniflərində təhsil alan şagirdlərə 9-cu sinif proqramına uyğun suallar ancaq Azərbaycan dilində təqdim ediləcəkdir. 2 mərhələdə keçirilməsi planlaşdırılan müsabiqənin birinci mərhələsi online qaydada test formasında təşkil olunacaqdır.
Birinci mərhələ 30.10.2022-ci il tarixində saat 15:00 da keçiriləcəkdir. Qeydiyyat linki aşağıda verilmişdir.
Təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayırlar.